Bu gün Azərbaycanda ilaxır çərşənbələrin sonuncusu - “Torpaq” çərşənbəsi və ya “İlaxır çərşənbə” qeyd olunur.
Bu münasibətlə Bakının mərkəzindən Suraxanıdakı “Atəşgah”a karvan yola düşüb.
Karvan iştirakşıları “İçərişəhər” metrostansiyası və Bakı şəhər İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə toplaşıblar. Novruz personajları- Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük bayram karvanı Suraxanı “Atəşgah”ı istiqamətində yola düşüb.
report.az