Yaponiyada XXIX “Təbii qaz, mayeləşdirilmiş təbii qaz” sərgi və konfransı keçiriləcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (“Azpromo”) məlumat verilib.
Aprelin 4-dən 7-dək davam edəcək sərgi və konfrans paytaxt Tokio şəhərində baş tutacaq. Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən işgüzar dairələr tədbirdə iştiraka dəvətlidirlər.
Sərgi və konfransda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat əldə etmək üçün “Azpromo”ya müraciət edə bilərlər.
report.az