"Atəşgah" avtomobil sahibləri üçün tənzimlənmə prosedurunu sadələşdirir
15.3.2017

Müştəri xidmətlərinin keyfiyyətini yüksəltmək və müştərilərin rahatlığı, eləcə də sığorta xidmətləri bazarını inkişaf etdirmək məqsədilə “Atəşgah” Sığorta Şirkəti avtomobil sahibləri üçün sığorta hadisələrinin tənzimlənmə prosedurunu sadələşdirib.

Şirkətdən verilən məlumata görə, sığorta hadisələrinin rəsmiləşdirilməsi üçün əvvəllər tələb edilən sənədlərin sayı azaldılıb, ödəniş isə 2 iş günü ərzində həyata keçirilir. Avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı müştəri ilə razılıq əldə edildikdən sonra 2 iş günü ərzində müvafiq sənədlərin təqdimindən sonra verilir. Bundan əlavə, əgər müştərinin carı hesabı varsa, bu proses əhəmiyyətli dərəcədə qısalır.

Yaxın gələcəkdə şirkət müştərilərin sığorta ödənişini 1 iş günü ərzində mümkün edə biləcək yeni maliyyə mexanizmi tətbiq etməyi nəzərdə tutub. Qeyd edək ki, bu yenilik sığorta hadisəsi baş verən zaman zərərlik məbləği 1000 AZN – ə qədər təşkil edən hallara şamil edilir.

Əlavə məlumat əldə etmək üçün (012) 940 əlaqə telefonuna zəng etmək və ya Şirkətin “Mətbuat prospekti 18/7 ünvanında yerləşən ofisinə yaxınlaşmaq lazımdır.

______________________________________________________________________

QEYD: “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilmişdir. 2016-cı ilin nəticələrinə görə ümumilikdə “Atəşgah” SŞ və “Atəşgah Həyat” SŞ -nin sığorta haqları 76,6 mln. AZN, ödənişləri isə 43,3 mln. AZN təşkil edib. Şirkətlər müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmət göstərir.

trend.az