Dünyanın ən kiçik avtomobili
28.9.2012

Yaponiyanın "Okayma Sanyo" liseyinin müəllim və şagirdləri dünyanın ən kiçik avtomobilini hazırlayıblar.

Avtomobilin uzunluğu 45,2 santimetrdir.

"Mirai" ("Gələcək") adlı avtomobilin 2013-cü ildə "Ginnesin Rekordlar Kitabı"na düşəcəyi gözlənilir.

6 əsas batareyadan ibarət olan avtomobilin mühərrik və nəzarət sistemləri xüsusi formada hazırlanıb.

Trend