Bakıda ictimai nəqliyyat vasitələri üçün xüsusi zolaqlar çəkilir
15.3.2017

Bakıda ictimai nəqliyyatdan istifadənin asanlaşdırılması və stimullaşdırılması üçün müəyyən küçə və prospektlərdə xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılıb. İlk belə hərəkət zolağı Nəsimi rayonunun Füzuli küçəsində çəkilib.
Bu işləri həyata keçirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu zolaqlar ancaq sərnişin avtobusları üçün nəzərdə tutulub: "Bu zolaqlar olan küçələrdən keçən marşrut xətlərinə xidmət edən avtobuslar bu hərəkət zolağına daxil ola bilərlər. Digər nəqliyyat vasitələrinin həmin hərəkət zolağından istifadəsi qadağandır".

report.az