“CinemaPlus” kinoteatrlar şəbəkəsində ilk dəfə olaraq Azərbaycan istehsalı “Xənnas” adlı mistik trillerin nümayişi olacaq.
Filmin ideya müəllifi, rejissoru, baş prodüseri və quruluşçu rejissoru Elvin Abdullayevdir.
Baş rollarda Qorqud Cəfər, Türkay Cəfərli, Pərvin Abıyeva, Nərgiz Əliyeva, Hikmət Rəhimov, Zarina Qurbanova və Zemfira Əbdülsəmədova çəkiliblər.
Filmin mövzusuna gəlincə, uzun müddətdir eyni yuxunu görən İlkin öz dostları və həyat yoldaşı ilə ad günündən qayıdarkən, ailəsinə məxsus olan evə baş çəkmək qərarına gəlir. Sovet vaxtlarından bunker kimi istifadə olunan və ilk baxışdan atılmış bir ev təəssüratı yaradan məkan get-gedə çağırılmayan qonaqları öz qaranlıq tarixinə aparır. İllər öncə babasının etdiyi günahlara görə evin lənətli olduğunu bilən İlkin onu bura xənnasın gətirdiyini anlayır.
Qeyd edək ki, film may ayında geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.
report.az