Nyu-York ABŞ-ın ən çirkli şəhəri elan edilib. Bu barədə “Səyahət və istirahət” jurnalının apardığı sorğunun nəticələrindən məlum olub. ABŞ-ın ən iri meqapolisinin göstəriciləri ötən illə müqayisədə pisləşib. Ötən il isə Nyu-York 5-ci yeri tuturdu.
Respondentlərin fikrincə, Nyu-York həm də Amerikanın ən səs-küylü şəhəri, sakinləri isə ən kobud amerikalılardır. Digər tərəfdən “Böyük alma” (Nyu-Yorku bəzən belə də adlandırırlar) dəblə geyinmiş adamların, bahalı dükanların, teatrların sayına görə birinci yerdədir. “Antireytinq” beşliyinə Yeni Orlean (Luiziana ştatı), Baltimor (Merilend ştatı), Los-Anceles (Kaliforniya ştatı), Atlanta (Corcian ştatı) da daxil olub.
Qeyd edək ki, ABŞ-ın 35 şəhərinin qiymətləndirildiyi sorğuda 35 min adam iştirak edib.
http://xezerxeber.com