Azərbaycanın bank sektorunun müştəri bazası aylıq müqayisədə 63 766 nəfər və ya 1,19% artaraq cari il fevralın 1-nə 5 416 222 nəfər təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir.
Müştərilərin 5 345 213 nəfəri və ya 98,69%-i fiziki, 71 009 nəfəri və ya 1,31%-i hüquq şəxslərdir. Aylıq müqayisədə fiziki şəxslərin sayında 62 750 nəfər və ya 1,19%, hüquqi şəxslərdə isə 1 016 nəfər və ya 1,45% artıb. Bu müddətdə sahibkarlıqla məşğul olan fərdi müştərilərin sayında da artım qeyd alınıb. Belə ki, bu kateqoriyadan olan bank müştərilərinin sayı 3 565 nəfər və yaxud 2,1% artaraq 176 229 nəfərə çatıb.
report.az