Milli Arxiv İdarəsi tərəfindən hazırlanan və təkmilləşdirilən yeni Elektron Arxiv Məlumat Sistemi (EAMS) istifadəyə verilib.
İdarədən bildirilib ki, yeni sistem vasitəsilə istifadəçilər heç bir sənəd təqdim etmədən sistemə daxil olmaqla respublikanın maddi və mənəvi həyatını əks etdirən, tarixi, elmi, iqtisadi, siyasi, sosial və mədəni həyatına aid istənilən fond və onun tərkibi haqqında məlumatlarla tanış olmaqla yanaşı, bu istiqamətdə dövlət arxiv fondu daxilində axtarış apara bilərlər.
İstifadəçi, həmçinin müraciətini, fondun adı və ya nömrəsi, siyahının adı və ya nömrəsi, saxlama vahidinin adı və ya nömrəsini sadə axtarış panelindən istifadə etməklə istənilən açar sözü daxil edərək axtarışını ayrı-ayrı illər çərçivəsində məhdudlaşdıra bilər.
Qeyd edək ki, Milli Arxiv Fondu üzrə EAMS daim yenilənir.
İstifadəçilər sistem ilə tanış olmaq üçün aşağıdakı linkə müraciət edə bilərlər: https://ehs.milliarxiv.gov.az
azertag.az