2011-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına isveçli şair layiq görülüb
7.10.2011

2011-ci il ədəbiyyat üzrə Nobel mükafatına isveçli şair Tumas Transtremer layiq görülüb. 1,4 milyon dollar dəyərində mükafatın rəsmi təqdimetmə mərasimi dekabrın 10-da Stokholmda keçiriləcək. Ədəbiyyat üzrə laureatın adını bu gün Nobel Komitəsinin katibi Peter Enqlund açıqlayıb.
Bukmeker kontorları Tumas Transtremerin bu mükafatı almağa ən şanslı namizəd hesab edirdilər. Bu sırada digər şanslı namizədlər suriyalı şair Adonis və yapon yazıçısı Xaruki Murakami hesab olunurdu. Qeyd edək ki, ötən il ədəbiyyat üzrə Nobel mükafatı Peru yazıçısı Mario Varqas Lyosa, ondan əvvəlki il isə alman yazıçısı Herta Müllerə təqdim olunub.