“Facebook”-da yeni funksiya
28.9.2012

“Facebook ” sosial şəbəkəsi yeni xidmət istifadəyə verib. Təzə “Facebook Gifts” xidməti vasitəsilə istifadəçilər sosial şəbəkəni tərk etmədən öz dostlarına müxtəlif hədiyyələr alaraq göndərə biləcək.

“Gifts” xidməti ABŞ-da fəaliyyətə başlayacaq və hərgün xidmətə “Starbucks” və “1-800-Flowers.com” kimi partnyorlardan yüzlərlə yeni seçim əlavə ediləcək. “Facebook” hədiyyə xidmətindən götürdüyü gəlirin bir hissəsini ortaqları ilə bölüşəcək.

ANN.Az