Dünyanın ən nəhəng internet kopaniyası olan Google dünən 14 yaşını qeyd edib. O, bununla əlaqədar olaraq əsas səhifəsində bayram loqotip-dudl yerləşdirib.
Google haqqında
Google dünyanın ən böyük axtarış sistemləri və reklam sahəsində ixtisaslaşmış ABŞ-da yerləşən Transmilli şirkətidir. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir.
Stenfordda Tibb məktəbinin iki tələbəsi, Larry Page və Sergey Brin, Google-ni 1998-ci ildə başlanğıc sərmayəsi 25 milyon dollar olaraq qurdular. Şirkətin GooglePlex adlanan mərkəzi işyeri Kaliforniyada yerləşir və dünyada 5000-ə yaxın işçisi var. Şirkətin sərmayə ortaqları, Kleiner Perkins Caufield & Byers və Sequoia Capitalı dırlar.
Tarixi
Google öz tarixinə 1996-cı ilin yanvar ayından başlamışdır. Həmin dövrdə Kaliforniyadakı Stenford Universitetinin doktorantura pilləsində təhsil alan tələbələri Larry Page və Sergey Brin tərəfindən tədqiqat lahiyəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin hansı saytda neçe dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi. Larry Page və Sergey Brin başlanğıcda sürətli işləməsi olaraq BackRub adlı bir axtarma sistemi üzerində çalışmağa başladılar. Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirməkdir. Bunun üçün yeni bir texnologiya yaratdılar. Bu texnologiya, interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Bu səbəbdən qısa zamanda adları tanınmağa başladı.
Məhsul və Xidmətləri
Google Maps (keçmiş Google Local) - veb xəritə tətbiqetməsidir, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə əsaslı xidmətləri özündə birləşdirir. Bu xidmət həmçinin küçə xəritələri, nəqliyyat marşrutlarının planlaşdırmalarını təklif edir.
"Google SketchUp"- adlı dizayn proqramında əsasən dizayn işləri, müxtəlif modellər, planlar və s çəkmək olur.
"Google Picasa" - adlı proqram vasitəsilə kompyuterinizdə bütün itmiş, sənədlərin arasına girmiş şəkilləri bu proqram vasitəsilə tapa bilərsiniz.
"Google Earth" proqramı vasitəsi ilə siz bütün Yer kürəsinin modelini görə bilərsiniz. Burada hətta evlərin belə modelini qurmaq olar.Əsasən Coğrafiya ilə bağlı proqramdır.
"Google Chrome" - Google tərəfindən yaradılan açıq-qaynaqlı İnternet Brauzeridir.
Korporativ Fəaliyyəti
Google hazırda demək olar ki, bütün növ internet xidmətləri göstərir və bir çox ölkələrdə internet bazarında liderdir. Hazırda Google-un başlıca prioritetlərindən biri internetdə azadlığı təbliğ etməkdir. Bu məqsədlə Google-un Mərkəzi Avropa Universiteti ilə bir yerdə 2010-cu ilin sentyabrın 20-22-də keçirdiyi "Azadlıqda İnternet 2010" tədbiri bütün dünyanın diqqətini çəkib.
http://www.foxnews.az