Azərbaycan Dillər Universitetində (ADU) Fransanın Strasburq Universitetinin dosenti Selin Benənjent fransız dilinin leksikologiyası fənni üzrə xüsusi kurs keçir.
ADU-dan bildirilib ki, kurs ADU və Strasburq Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Fransız dili kafedrasının müəllimləri üçün nəzərdə tutulan kursdan əlavə S.Benənjent ikinci kurs tələbələrinə də nitq praktikası fənnini tədris edir.
Kurs “Erasmus+” müəllimlərin təcrübə mübadiləsi proqramı çərçivəsində martın 17-dək davam edəcək.
Sonda müəllimlərə müvafiq ixtisasartırma üzrə sertifikatlar təqdim olunacaq.
azertag.az