Bakı metrosu konsert verəcək
17.3.2017

"Bakı Metropoliteni" QSC Novruz bayramı münasibətilə növbəti sosial layihəni gerçəkləşdirəcək.

QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, metropolitendən istifadə edən sərnişinlərdə ruh yüksəkliyi yaratmaq, onlara bayram ovqatı bəxş etmək məqsədilə martın 20-dən 23-dək sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub.

Konsert proqramının afişası:

- “İçərişəhər” stansiyası – saat 12:15-13:45;
- “28 May” stansiyası – saat 13:15-14:45;
- “Elmlər Akademiyası” stansiyası – saat 14:15-15:45;
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:15-16:45.

Qeyd edək ki, buna qədər "Bakı Metropoliteni" QSC-nin sosial layihəsi çərçivəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik yubileyi, Milli Musiqi Günü münasibətilə Azərbaycan Milli Konservatoriyasının və Bakı Musiqi Akademiyasının tələbə və məzunlarından ibarət kollektivin ifalarında dünya və Azərbaycan musiqisinin klassik sənət nümunələri, Azərbaycan folkloru və milli musiqi sənətinin seçilən parçaları sərnişinlərə təqdim olunub.

trend.az