Nazir: “Ticarət festivalları turist axınını 30 faiz artırır”
17.3.2017

“Böyük ölkələr ticarət festivalı ənənəsini yaradıb və bu festivallar turist axınına səbəb olub. Festivallarda turistlər nəinki alış-veriş edir, eyni zamanda ölkənin tarixi abidələri, mədəniyyəti ilə tanış olurlar”.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib ki, ticarət festivalı Qafqazda və Orta Asiyada ilk təcrübədir: “Hər ölkənin özünəməxsus xüsusiyyəti olmalıdır. Dünyada ticarət fəaliyyəti turizm bazarında 2-4-cü yerləri tutur. Ticarət festivalları turist axınını 30 faiz artırır. Festivalın məqsədi nəinki turistlərin axınını təşkil etməkdən ibarətdir, eyni zamanda daxili turizmi inkişaf etdirəcək. Festival zamanı “Tax-free” tətbiq olunacaq. Bu təcrübə heç bir yerdə yoxdur. İlk dəfə Azərbaycanda olacaq. Azərbaycanda tətbiq olunacaq ilk təcrübə gözləyirik ki, bu addım yaxşı nəticə verəcək”.

Ə. Qarayev qeyd edib ki, ticarət festivalı aksizli məhsullar, qızıl, qida və avtomobillərə şamil edilməyəcək. Onun sözlərinə görə, festival yüngül sənaye məhsulları üçün nəzərdə tutulub.

apa