Novruz hədiyyəniz bizdən olsun
17.3.2017

4G-dəstəkli Samsung J2 Prime və GM 5+ smartfonları 0% kreditlə!

Novruz bayramı ərəfəsində özünə və yaxınlarına hədiyyə etmək istəyənlər üçün Azercell-dən əla fürsət! İndi bütün abunəçilər çox sərfəli şərtlərlə Samsung J2 Prime və ya GM 5+ smartfonlarından birinə sahib ola bilərlər. Martın 17-dən etibarən abunəçilərə təqdim olunan yeni “Smartfon Baharı Kampaniyası” ilə artıq hər kəs arzuladığı telefonu əldə edə bilər. Kampaniya çərçivəsində abunəçilər Samsung J2 Prime və ya GM 5+ kimi 4G-dəstəkli smartfonları aylıq müvafiq olaraq cəmi 35AZN və 50AZN-dən başlayan ödənişlə əldə etməklə yanaşı, bir sıra üstünlüklər də qazanırlar. Belə ki, abunəçilər Samsung J2 Prime və ya GM 5+ smartfonlarından birini seçməklə, 12 aylıq hədiyyə 5GB, 10GB və ya Limitsiz (50GB) Mobil İnternet paketindən istifadə etmə imkanına sahib olurlar.

Kampaniyadan yararlanmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri və ya Diler Ofislərinə yaxınlaşmalıdırlar.

Azercell böyük məmnuniyyətlə sizi yaxınlarınızla birgə bu Bayram sevincini paylaşmağa dəvət edir! Bu baharı Azercell-lə daha yaxşı yaşayın!

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk 4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən “Opensignal” və “Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.

trend