Rumıniyanın paytaxtı Buxarest şəhərində bu ölkədə akkreditə olunan türkdilli ölkələrin səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunan tədbir keçrilib.
Mərasimdə çıxış edən Qazaxıstanın Rumıniyadakı səfiri Daulet Batraşev tədbir iştirakçılarına Novruz bayramı münasibətilə təbrik edib, bayramın tarixi barədə qonaqlara məlumat verib.
Bayramın özəlliklərindən danışan səfir Novruzun ruzi-bərəkət, dostluq və birlik rəmzi olduğunu bildirib. Daha sonra tədbir bədii hissə ilə davam edib.
Tədbirin sonunda türkdilli ölkələrin səfirliklərinin hazırladıqları ləziz yeməklər və milli şirniyyatlar təqdim olunub.
report.az