Günün qoroskopu
7.10.2011

Qoç - Məhsuldar günə bənzəyir. İnadınız sayəsində rəqiblərinizi ötüb keçərək, planlarınızı həyata keçirmək üçün sizə kömək edə biləcək adamlar tapırsınız. Fədakar əməkçilər karyera yüksəlişinə ümid edə bilərlər. Amma nəzərdə tutun ki, xırdaca bir səhv etsəniz, rəhbərlik sizə qarşı mülayim davranmayacaq. Darıxmaqdan qorxursunuz, ona görə də düşünülməmiş hərəkətlər edirsiniz. Tamahınıza onsuz da güc gələ bilmirsiz, yeni tanışlarınız isə sizə elə təkliflər edirlər ki…

Buğa - İşdə problemləriniz yaranır, amma onların öhdəsindən gəlməklə rəhbərliyin təqdirini və həmkarlarınızın hörmətini qazanırsınız. Uğurlarınızı diqqətə çatdırmaq imkanınız olacaq, istifadə edin, amma lovğalanmayın. Ailəli Buğaların başı uşaqlarına qarışacaq. Uğurlarına sevinəcəksiz, qayğıları da yormayacaq. Romantik görüş təyin etməyin, boş yerdən mübahisə yarana bilər. Yersiz qısqanclıq isə əsl davaya çevrilər, odur ki, görüşü başqa vaxta saxlayın.

Əkizlər - İşinizdə çox diqqətli və səliqəli olun: məhz bu sahədə böyük çətinliyiniz yarana bilər. Rəqibləriniz çox ağıllıdırlar, onlara qarşı mübarizə aparmaq asan deyil. Nüfuzlu adamlar sizin təkliflərinizə tənqidi yanaşırlar, odur ki, üzərində işlədiyiniz layihənin maliyyələşdirilməsi dayandırıla bilər. Şəxsi həyatınızda isə hər şey qaydasındadır, yaxşılığa doğru dəyişikliklər gözlənilir. Yeni tanışlıqlar üçün yaxşı gündür.
Xərçəng - Pis günə əvvəldən hazır olun. Xoşagəlməz xəbərlər alacaqsız, gələcək planlarınızı təcili dəyişməli olacaqsınız. Yeni tərəfdaşlarınızla aranız soyuyur, heç güvəndikləriniz də ümidinizi doğrultmayacaqlar. Bu gün heç kimlə sövdələşməyin, pul itirə bilərsiniz. Yaxınlarınız sizi sərt tənqid etməkən çəkinməyəcəklər. Xoşunuza gəlməsə də, güzəştə gedin. Günün sonunda isə sizi xoş sürpriz gözləyir.

Şir - Mənfi yüklü enerji sanki ətrafınızı bürüyüb, amma inadınız hesabına bütün düşmənlərinizin öhdəsindən gələcəksiniz. Başqalarının dəf edə bilmədiyi maneələri yarıb keçəcəksiz. Düzdür, gücdən düşənədək işləməli olacaqsız, amma bilirsiniz ki, bunun mükafatı böyük olacaq, odur ki, istənilən qəhrəmanlığa hazırsınız. Vacib danışıqlar, nüfuzlu şəxslərlə görüşlr üçün əla gündür. Şəxsi həyatınızda dəyişiklik gözlənilir. Kefiniz saatbasat yüksələcək.

Qız - Çətin gündür. Onun birinci hissəsini sizin üçün əhəmiyyəti olmayan bir məqsədə çatmaq üçün mürəkkəb məsələləri həll etməyə sərf edəcəksiniz. Rəqiblərinizin enerjisi heç tükənmir, onlardan geri qalmamaq və həmlələrini dəf etmək üçün xeyli güc srf etməli olacaqsız. Hər şey yanınızda yeni bir adamın peyda olması ilə dəyişəcək, o sizə məsləhət verməyə, kömək etməyə hazır olacaq. Yeni işlər başlamaq, həyatınızı dəyişəcək plan qurmaq üçün uğurlu gündür.

Tərəzi - Özünüzə qarşı güclü, eyni zamanda da bir o qədər də xoş olmayan diqqətə alışmalı olacaqsınız. Sizin hər bir səhviniz gözə girir, sizin üçün rəyi vacib olan insana da olanların hamısını gecikdirmədən çatdıracaqlar. Düşmənlərinizin haqqınızda yaydıqları şayiələr sizi istəmədiyiniz qərarlar qəbul etməyə məcbur edəcək. Ailədəki gərginlik isə başqalarının qərarlarına riayət etməmək istəyinizdən doğur. Öz mövqeyinizi qoruyun, yaxınlarınızı onun düzgün olduğuna inandıra biləcəksiniz.

Əqrəb - Həmkarlarınızla problemləriniz ola bilər. İş tərəfdaşlarınızın hörmətini itirir, yanlışlığa yol verirsiniz. Potensial müttəfiqlərinizin plan və məqsədlərini təyin etmək çətin olacaq. Belə təəssürat yaranacaq ki, sizdən istifadə edirlər. Tez qıcıqlanırsınız, öz pis əhvalınızın təsiri altına düşürsünüz, bundan isə sizin qohumlarınız daha çox əziyyət çəkirlər. Başqa şəhərdə yaşayan qohumunuz haqda xoşagəlməz xəbər ala bilərsiniz.

Oxatan - Uğur əldə etmək üçün şanslarınız çox azdır. Ancaq mürəkkəb və vacib bir layihəyə başlaya bilərsiniz. Çətinliklərdən qorxmayın, bunlar ona görə yaranır ki, sizin təcrübəniz artsın. Ailədə nüfuzunuz sual altındadır. Kimisə haqlı olduğunuza inandırmaq çox müşküldür. Emosiyalarınızı cilovlayın. Valideyn Oxatanlar gərək bir az səbrli olsunlar, bu gün uşaqların problemləri bitmək bilmir.

Oğlaq - Özünüzə yersiz istirahətlər düzəltməsəniz, işdə çox irəli gedəcəksiniz. Hesab etməyin ki, kimsə sizin işinizi boynuna götürəcək. Maraqlı təkliflər alacaqsınız, amma bunlar da asan müvəffəqiyyət vəd etmir, odur ki, tənbəlliyin daşını atın. Ailədə sizi anlayır və dəstəkləyirlər. Diqqətinizi işinizə yönəldib ev qayğılarını unutsanız, qorxusu yoxdur, bunun üçün çizi heç kim qınamayacaq. Həyat enerjiniz yüksəkdir.

Dolça - Əməkdaşlıq üçün yaxşı gündür. Keçmiş işbirliyini möhkəmlətmək, yeni tərəfdaşlar tapmaq üçün yaxşı zəmin yaranacaq. Başladığınız işləri yekunlaşdırmaq, müqavilə bağlamaq, sənəd imzalamaq üçün uğurlu vaxtdır. Müsahibələr və vacib görüşlər rahat keçir. Sizin ideyalarınızı maraqla dinləyirlər, amma onların tezliklə reallaşacağını gözləməyin. Başınız işə qarışıb, evi unutmusunuz. Yaxınlarınızla pul üstündə fikir ayrılığı yarana bilər.

Balıqlar - Bu günü yaxşı adlandırmaq olmaz. Çox səhv edirsiniz. Bunlardan biri vacib bir işin başa çatdırılmasına mane ola bilər. Həmkarlarınız və rəhbərliklə münaqişə gözlənilir. İş bölgüsü çətinləşib, çizdən çox şey gözləyirlər. Özünüzü ələ alın, emosiyalarınızı boş buraxsanız, ciddi dava olacaq. Yaxınlarınızla münasibətləriniz pis deyil. Öz sirlərinizi heç kimə açmayın, yerin də qulağı var.