Azərbaycan Tibb Universitetinin yeni tikilən korpusunda yanğın baş verib.
Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasının həyətində universitetin Cərrahiyyə Fakültəsi üçün tikilən yeni korpusunun ikinci və 4-cü mərtəbələrində yanğın başlayıb. Hazırda yanğınsöndürənlər hadisə yerində yanğını söndürməyə çalışırlar.
apa