Əbülfəs Qarayev İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək
27.3.2017

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.
Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, nazir martın 29-da saat 11:00-da İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr., 59 ) Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.


report.az