Bakıda "London taksiləri" rəngini dəyişir
27.3.2017

Bakıda fəaliyyət göstərən bənövşəyi “London taksiləri” tədricən yerini ağ rəngli, görüntüsündə müəyyən dəyişikliklər edilmiş eyni model taksilərə verir.

“Bakı Taksi” MMC-nin rəhbəri Ramal Ağayev deyib ki, şirkətin balansında olan taksilər tədricən ağ rəngdə boyanaraq istifadəyə verilir:

“Taksilərin ag rəngə boyanması “Bakı Ağ Şəhər” layihəsinə uyğun olaraq həyata keçirilir. Yeni rənglənmiş taksilər iki istiqamət üzrə fəaliyyət göstərəcək. Üzərində ağ şahmat damaları olan taksilər yalnız hotellərin qarşısında dayanaraq qonaqlara, sarı şahmat damaları olan taksilər isə şəhər sakinlərinə xidmət göstərəcək”.

R.Ağayev taksilərdə vahid tariflərin tətbiqi məsələsinə də toxunub: “Əlbəttə, vahid tarifin tətbiqi sağlam rəqabətə və xidmət keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bu gün bir çox taksilər xidmət keyfiyyətinin səviyyəsi aşağı olsa da, müxtəlif qiymətlər tətbiq etməklə müştəri cəlb etməyə çalışırlar, lakin vahid tarifin tətbiqindən sonra yalnız xidmət keyfiyyətinin yüksək olması ilə müştəri cəlb etmək mümkün olacaq. Bu baxımdan biz də əsasən xidmət keyfiyyətinin yüksəldilməsinə diqqət ayırırıq”.

trend.az