Bu ilin yanvar-fevral aylarında mənzil bazarında müxtəlif qiymətlər müşahidə olunub.
"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, bu ilin yanvar ayında təkrar mənzil bazarında dollarla ifadədə 2.75 faiz artım olub, ilkin mənzil bazarında isə yanvar ayında artım 2.94 faiz təşkil edib.
N.İbrahimovun sözlərinə görə, fevral ayında təkrar mənzil bazarında dollarla ifadədə 2.39 faiz azalma olub, ilkin mənzil bazarında isə azalma 1.22 faiz təşkil edib.
Ekspert bildirib ki, yanvar ayında qiymətlərin artımı ötən ilin dekabr ayında müşahidə edilən aktivlik səbəbindən baş verib: "Ona görə də qiymətlərdə artım müşahidə olundu, amma yanvarda aktivlik aşağı düşdüyünə görə, fevralda qiymətlərdə azalma oldu. Favral ayında aktivlik yenidən artır, o da yəqin ki, mart ayında qiymətlərə təsirini göstərəcək. Bu baxımdan mart ayında mənzil bazarında qiymət artımı ehtimalı var".
trend.az