Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Kosanın qızı” tamaşasını təqdim edib.
Teatrın mətbuat xidmətindən bildirilib ki, Rəhman Əlizadənin “Keçəlin toyu” pyesinin motivləri əsasında Anar Sadıqovun ssenariləşdirdiyi səhnə əsərinin rejissoru və musiqi tərtibatçısı Əlif Cahangirdir. Tamaşanın rəssamı Əməkdar Mədəniyyət İşçisi İlham Əsgərov, xoreoqrafı Lalə Hacıyevadır.
Səhnə əsərində Əməkdar artistlər Mirzə Ağabəyli, Əlvida Cəfərov, Mehriban Xanlarova, aktyorlar Rada Nəsibova, Ramin Şixəliyev, Vüsal Mustafayev, Cümşüd Zeynalov, Vüsal Məmmədov, Rəşad Bəxtiyarov və Firuzə Balayeva çıxış ediblər.
Süjet xətti Keçəl ilə Kosanın qızı Baharın sevgisi üzərində qurulan tamaşa maraqla qarşılanıb.
azertag.az