Səhiyyə Nazirliyinin Vəli Axundov adına Elmi-Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutuna yeni direktor təyin olunub.
Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Həqiqət Qədirova təyin edilib. Yeni direktor artıq vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, professor H.Qədirova həm də nazirliyin Elmi-Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın üzvüdür.
Xatırladaq ki, institutun əvvəlki direktoru Elcan Məmmədbəyov yaşla əlaqədar öz ərizəsi ilə işdən çıxıb.
report.az