“Jizel” baleti növbəti dəfə təqdim edilib
28.3.2017

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Adolf Adanın “Jizel” baleti növbəti dəfə təqdim olunub.

Səhnə əsərində Jizel obrazını ilk dəfə olaraq truppanın gənc solisti Cəmilə Kərimova ifa edib.

O, səhnəni Əməkdar Artist Makar Ferştandt ilə bölüşüb. Paytaxt sakinləri ilə yanaşı, bir sıra xarici qonağın da qatıldığı nümayiş anşlaqla keçib.

Qeyd edək ki, balet Əməkdar Artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev tərəfindən idarə olunub.

azertag.az