ABŞ-ın Kaliforniya ştatının mərkəzində, okean sahilindəki Biq Syur şəhərciyində, gün batan vaxtı məşhur aktrisa, Hollivud ulduzu Enn Heteueylə sevgilisi Adam Şulmanın toyu olub.
Ötən ay "US Weekly"yə verdiyi müsahibəsində Enn demişdi ki, ailə qurmaq, ana olmaq istəyir və arzusunu gerçəkləşdirməyə tələsir.
4 ildən bəri görüşən Ennlə Adamın toyuna 180 qonaq dəvət olunmuşdu.
Milli.Az TMZ-yə istinadən bildirir ki, toyun təşkilatı ilə məşhur Hollivud mütəxəssisi İfat Oren məşğul olub.
İfatın müştəriləri arasında Natali Portman da vardı.
Ennin gəlinlik paltarını "Valentino" brendinin modelyerləri hazırlamışdılar.
28 yaşlı Enn Heteuey "E! News"a verdiyi müsahibəsində deyib: "Çox həyəcanlıyam. Elə bil "Oskar"ın təqdimat mərasimindəyəm".
Toydan sonra bəylə gəlin beşulduzlu, dəbdəbəli "Post Ranch Inn" otelinə yollanıblar.
Milli.Az