Mstislav Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondunun “Musiqinin sehrli dünyası” sosial layihəsi çərçivəsində aprelin 1-də Qalina Vişnevskaya Opera İfaçılığı Mərkəzində dünya şöhrətli skripkaçı Maksim Venqerov Moskvanın ixtisaslaşmış musiqi məktəblərinin şagirdləri və ali məktəblərinin tələbələri qarşısında açıq məşq keçəcək.
Fondun saytına istinadla xəbər verilir ki, Maksim Venqerov İ.Bramsın skripka üçün sonatalarını ifa edəcək. Açıq məşq xüsusi istedadlı uşaqların dəstəklənməsinə, onların inkişafı və ifa texnikasının təkmilləşdirilməsi üçün əlavə stimul yaradılmasına yönəlib.
2016-cı ilin dekabrında Mstislav Rostropoviç Mədəni və Humanitar Proqramlar Fondunun Moskva Şəhər İctimaiyyətlə Əlaqələr Komitəsinin dəstəyi ilə reallaşdırdığı “Musiqinin sehrli dünyası” adlı sosial layihə bu ilin noyabrınadək davam edəcək.
azertag.az