220 mərtəbəli bina tikiləcək
1.10.2012

Çinin Hunan vilayətində dünyanın ən yüksək binası inşa ediləcək. 220 mərtəbəli binanın hündürlüyü 837.8 metr olacaq.

Tanınmış memar, 52 yaşlı Çjan Yunun layihəsi əsasında Çanqşa şəhərində tikiləcək bina hazırda dünyanın ən hündür tikilisi sayılan, Dubayda yerləşən "Bürc əl Xəlifə" göydələnindən də hündür olacaq.

4 aya tikiləcək bina gələn ilin martında istifadəyə veriləcək.

"Sky City" adlı göydələn eyni vaxtda 30400 nəfərə məkan olacaq.

Binanı əvvəllər 30 mərtəbəli binanı 15 gündə tikmiş "Broad Sustainable Building" şirkəti inşa edəcək.

Milli.Az