Praqada Azərbaycan haqqında fotosərgi açılıb
29.3.2017

Praqada Bakı Dövlət və Karl universitetlərinin biologiya fakültələrinin əməkdaşlığının 45 illiyinə həsr edilmiş Azərbaycan haqqında fotosərgi açılıb.

Praqanın məşhur Karl Universitetinin biologiya fakültəsinə məxsus Botanika bağında açılan fotosərgi hər iki universitetin biologiya fakültəsinin təşkilatçılığı və Azərbaycanın Çexiyadakı səfirliyinin töhfəsi əsasında təşkil edilib. Sərgi bir həftə davam edib.

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev sərginin keçirildiyi Botanika bağına gələrək Azərbaycan təbiətinin gözəlliklərini əks etdirən fotoşəkillərlə tanış olub. Sərginin təşkilatçıları ilə görüşən diplomat səfirliyinin tədbirin keçirilməsinə verdiyi töhfədən və universitetlərimiz arasında çox yaxın əməkdaşlıq əlaqələrinin qurulmasından məmnunluğunu ifadə edib.

Azərbaycanın flora və faunası, milli təbiət qoruqları, ölkəmizin təbiətinin əsrarəngiz zənginliklərini ehtiva edən fotoların nümayiş olunduğu sərgi qonaqların marağına səbəb olub.

azertag.az