Bulvardakı pulsuz WiFi-dan necə istifadə etmək olar?
29.3.2017

Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən "Ictimai WiFi"a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, "notebook", planşet və s. portativ cihazlarda şəbəkə siyahısında "Baktelekom"-u seçməlidirlər.
İstifadəçi açılan "Phone number" xanasına öz mobil telefon nömrəsini yazır və "Get password" düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir. Bu şifrə 3 saat ərzində aktivdir. İstifadəçi şifrəni "Password" xanasına daxil edərək "Log In" düyməsini aktivləşdirir. Bununla da cihaz "İctimai Wi-Fi""a qoşulur.
SMS-lə göndərilən şifrə ilə yalnız 1(bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.
İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər.

saglamolun.az