Aprelin 8-də Azərbaycan Xalça Muzeyində qobelen və batika sənəti üzrə rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Sonaxanım Nağıyevanın “Qobelen sənəti” mövzusunda mühazirəsi dinləniləcək.
Muzeydən bildirilib ki, mühazirədə qobelen sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və müasir dövrdə əhəmiyyətindən bəhs ediləcək.
Mühazirə Azərbaycan dilində aparılacaq.
azertag.az