Diqqət: Avtomobilləri 4 gün ərzində bu ərazilərdə saxlamaq olmaz
29.3.2017

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda keçiriləcək Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar olaraq Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini davam etdirir.

Şirkətdən verilən məlumata görə, trekin Xaqani küçəsi, Bülbül prospekti və Zərifə Əliyeva küçəsindən keçən hissəsində martın 28-dən aprelin 2-dək hər gün gecə saatlarında (22:00-dan 06:00-dək) baryer quraşdırma işləri aparılacaq.

Paytaxt sakinlərindən göstərilən müddət ərzində trekin bu hissəsində avtomobillərini saxlamamaları xahiş olunur. Əks halda işin fasiləsiz gedişatına maneəçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın küçə və ya ərazidəki parklanma yerlərinə aparılacaq.

Əməliyyat şirkəti müvəqqəti narahatlığa görə üzr istəyir, göstərilən anlayış və dəstəyə görə şəhər sakinlərinə əvvəlcədən təşəkkür edir.

trend.az