«Texnikabank»ın adı dəyişdirilib
2.10.2012

Azərbaycanın «Texnikabank» ASC adını «Bank Technique» ASC-yə dəyişib və vergi orqanlarında müvafiq qeydiyyat prosesini başa çatdırıb.

Adın dəyişməsi bankın brend siyasətinə yenidən baxılması ilə bağlıdır.

Xatırladaq ki, avqustun 15-də keçirilən bankın səhmdarlarının yığıncağında rebrendinqin keçirilməsi barədə qərar qəbul edilib.

Bankdan bildirilib ki, adın dəyişməsi yalnız ilk addımdır və yeni brend siyasətinin reallaşması istiqamətində daha miqyaslı işlər, o cümlədən korporativ imicin dəyişməsi nəzərdə tutulur.

APA