UNEC-in gənc müəllimləri Əhliman Abbasovla Təhmasib Əlizadənin elmi məqaləsi nüfuzlu dünya alimlərinin elmi nəşrlərinin cəmləşdiyi “Thomson Reuters” bazasına daxil edilib.
Bu barədə UNEC-dən məlumat verilib.
UNEC-in “Beynəlxalq İqtisadiyyat” kafedrasının müəllimləri Ə.Abbasov və T.Əlizadə “Small and Medium-Sized Enterprises as an influential factor towards the Economic Growth of countries with transition economies” (“Kiçik və Orta Müəssisələr keçid iqtisadiyyatlı ölkələrin iqtisadi artımında təsiredici faktor kimi”) elmi məqaləsini Serbiyanın Belqrad şəhərində John Naisbitt Universitetində təşkil edilən “XIII İqtisadi və Sosial İnkişaf” konfransında təqdim etmişdilər.
“Thomson Reuters” ali təhsil müəssisələrinin qlobal elmi bazası – “Web of Science” platformasıdır. “Web of Science”də elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələr, onların çıxardığı qərarlar toplanılır.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
trend