“eManat”da bu xidmətlər üçün də ödəniş edə biləcəksiniz
29.3.2017

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin internet və rabitə xidmətləri üzrə ödənişlərin “eManat” terminallarında həyata keçirilməsi aprelin sonunadək bərpa olunacaq.

Bu barədə “Modenis” şirkətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, operatorla artıq müqavilə imzalanıb və hazırda inteqrasiya işləri aparılır.

Hazırda “Bakı Telefon Rabitəsi”nin abunə ödənişlərini “MilliÖN”, “ExpressPay” və “EasyPay” terminallarında həyata keçirmək mümkündür.

trend