Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində Mstislav Rostropoviçin 90 illiyinə həsr olunmuş konsert keçirilib.
Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət işçiləri Həmkarlar İttifaqının sədri Cəmilə Səttarova, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
“Bakı solistləri” kamera ansamblının müşayiəti ilə L. və M.Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
azertag.az