Azərbaycan beynəlxalq sərgidə təmsil olunub
30.3.2017

Almaniyanın Leypsik şəhərində 43 ölkədən 2 min 500-ə yaxın nəşriyyat evinin iştirakı ilə beynəlxalq kitab sərgisi keçirilib.

Sərgidə həmyerlilərimiz də iştirak ediblər.

1946-cı ildən bu günə kimi ənənəvi olaraq təşkil edilən kitab sərgisində bu il azərbaycanlı alim və qələm adamlarının da əsərləri geniş şəkildə sərgi iştirakçılarına təqdim olunub. Burada “Winterwork” nəşrləri arasında Vaqif Sultanlı, Şəmil Sadiq, Eyvaz Zeynalov, Əjdər Ol və Əjdər Quliyevin əsərləri də yer alıb.

Sərgini 235 min insan ziyarət edib. Bundan başqa sərgidə 2 mindən çox jurnalistin də iştirak etdiyi bildirilir.

azertag.az