Üç ölkənin ifaçıları Bakıda eyni səhnəni bölüşəcək
30.3.2017

Aprelin 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan, Fransız və Yunan ifaçıları birgə konsert proqramı ilə çıxış edəcəklər.

Konsertdə gənc muğam ifaçısı Qoçaq Əsgərovla birgə Pierrede Tregomain, Yeleni Souzana Vougioukli eyni səhnəni bölüşəcəklər.

Konsertdə ifaçıları Elnur Mikayilov (kamança) İsmayıl Zülfiqarov (tar) Kamran Kərimov (nağara) və Vasif Hüseynzadə (pianoda) müşayiət edəcəklər.

azertag.az