Nağıllardakı uçan xalça gerçəkləşə bilər. “romandie.com” saytına istinadən xəbərə görə, ABŞ universitetlərinin birində bu yöndə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdğı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir. Hələlik “uçan xalça”nın sürəti 1 sm/dəqiqədir. tədqiqatçı sürəti 1 m/saniyəyə çatdırmaq niyyətindədir.
Layihə uğurlu olarsa, “uçan xalça” şəhərdaxili nəqliyyat kimi istifadə edilə bilər.
http://www.youtube.com/watch?v=c6HV6tvbCiY&feature=player_embedded