Gürcüstanda yaşayan azərbaycanlı Teymuraz Bayramov lotereya oyununda cek-pot qazanıb.
Tbilisi sakini olan Bayramova 642 min lari dəyərində (sentyabrın 28-nə olan rəsmi məzənnəyə əsasən, 1 lari 0.4733 AZN-dir) rəmzi çek təqdim edilib.
Bu, 2012-ci ildə qazanılan sayca beşinci cek-potdur.
Bayramov qeyd edib ki, belə uğur qazanacağına inanmırdı və indən sonra mütəmadi olaraq lotereya oynamaq niyyətindədir.
Onun sözlərinə görə, qazandığı pullar ilə ailəsinin gələcəyini təmin edəcək.
Trend