Londonun simvolu rəngini dəyişdi
2.10.2012

İngiltərənin paytaxtı Londonun simvollarından biri olan Bukinhem sarayı öz rəngini dəyişərək çəhrayı olub. Saray döş xərçəngi barədə məlumatlılığın artırılması məqsədilə həyata keçirilən xeyriyyə aksiyası çərçivəsində çəhrayı rəngdə işıqlandırılıb.

Britaniya monarxının iqamətgahı Londonda "Döş Xərçəngi Kampaniyası"na qoşulan 9 görməli yerdən biridir. Kampaniya oktyabr ayı boyunca davam edəcək və Bukinqem sarayı, London Tauer, Trafalqar meydanı və digər görməli yerlər bir ay ərzində axşamlar çəhrayı rəngdə işıqlandırılacaq.

ANS PRESS