“Təbəssüm” rəqs qrupu Tbilisidə beynəlxalq xoreoqrafiya festivalında mükafata layiq görülüb
3.4.2017

Tbilisidə tanınmış rəqqas və baletmeyster Vaxtanq Çabukiani adına IV beynəlxalq xoreoqrafiya festivalı başa çatıb. Ölkəmizi festivalda təmsil edən Azərbaycan Respublikası Uşaq Yaradıcılıq Mərkəzinin “Təbəssüm” rəqs qrupunun çıxışı diploma layiq görülüb.

Aprelin 2-də beynəlxalq münsiflər heyəti diplomları “Təbəssüm” qrupuna təqdim edib.

Festivalda Gürcüstan, Azərbaycan, Türkiyə, Ermənistan və Rusiyadan gəlmiş 9-13, 14-18 və 19-25 yaş qruplarında rəqqaslar yarışıblar.

“Təbəssüm” qrupu “Bayram” və “Basqalı” rəqslərini ifa ediblər. Qrupun üzvləri İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin nəzdindəki Azərbaycanın Dostları Klubunda da olublar.

Klubun rəhbəri Leyla Əmrahova burada görülən işlər, Azərbaycanın təbliği və s. məsələlər barədə kollektivə məlumat verib.

azertag.az