İndoneziyanın Bakıdakı səfirliyində konsulluq xidməti açılıb
3.10.2012

İndoneziyanın Bakıdakı səfirliyində konsulluq xidməti açılıb. Bu barədə İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atianto məlumat verib. Qeyd edək ki, konsulluq xidməti açılmamışdan əvvəl Azərbaycan vətəndaşları İndoneziyaya səfər etmək üçün vizanı ölkəmizin Türkiyədəki və İrandakı səfirliklərində alırdılar.

APA