Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının (ADU TGT) təşəbbüsü ilə “IELTS proqramına hazırlıq” layihəsinin ilkin mərhələsi keçirilib.
ATGTİ-dən bildiriblər ki, Azərbaycan Dillər Universitetində reallaşdırılan layihə çərçivəsində tələbələr üçün ilk seminar keçirilib. Seminarın moderatoru Fərid Muradov gənclərə layihə barədə məlumat verib.
Sonra IELTS üzrə mütəxəssis Əminət Diqanayevaya mövzu haqqında gəncləri məlumatlandırıb.
Seminar IELTS imtahan sisteminə uyğun olaraq, sözlərin düzgün oxunuşu, qrafiklərin hazırlanması, esselərin yazılmasına dair təlimatların verilməsi sahələrini əhatə edib. Tələbələrə IELTS imtahanı üzrə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı yaradılıb və müvafiq mövzularda müzakirələr aparılıb.
Seminarın növbəti mərhələsinin yaxın vaxtlarda həyata keçirilməsi nəzərdə tutulur.
azertag.az