MTRŞ: Telekanallarda sponsorların təqdimatının reklam kimi verilməsinin qarşısı alınacaq
3.10.2012

“Telekanallarda sponsorların təqdim olunması ilə bağlı problemlər qalır”. Bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə açıqlamasında deyib.

N. Məhərrəmli bildirib ki, telekanallarda sponsorların təqdimatı reklam kimi verilir: “Bu isə doğru deyil və bu halın qarşısı alınacaq. Çünki reklama verilən vaxtla sponsorlara ayrılan vaxt eyni deyil. Bunlar ayrı-ayrı şeylərdir. Çox təəssüf ki, telekanallarda belə hallar var. Bunun aradan qaldırılması üçün qanunvericiliyin verdiyi tələblər çərçivəsində addımlar atılacaq”.

APA