Azərbaycanın ilk müasir mühərrik və sənaye yağları istehsalçısı olan “Technol” şirkətinin Bakıda ilk rəsmi mağazası fəaliyyətə başlayıb.
Şirkətdən verilən məlumata görə, mağaza paytaxtın Nizami rayonunda, 8-km qəsəbəsindəki maşın bazarının ərazisində yerləşir.
Qeyd edək ki, “Technol”un məhsulları ölkə üzrə 150-yə yaxın ehtiyat hissələri mağazalarında və yağdəyişmə məntəqələrində satılır. Bu isə şirkətin özünün ilk rəsmi mağazasıdır.
Mağazada satılan yağlar zavod tərəfindən təsdiqlənmiş qiymətə təklif olunur.
report.az