"Bakı metrosunda təhlükəsizlik məsələləri ilə bağlı sərnişinlərin narahat edəcək heç nə yoxdur."
Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
"Bakı metrosunda təhlükəsizlik məsələlərinə birbaşa Daxili İşlər Nazirliyi (polis) və təhlükəsizlik orqanları nəzarət edirlər. Onlar hər zamankı kimi təhlükəsizliyi yüksək səviyyədə təmin edirlər. Sərnişinlər narahat olacağı heç nə yoxdur", - N. Paşayev əlavə edib.
report.az