Bədəninin müxtəlif yerlərindən 38 bıçaq yarası alaraq ölmək üçün atılan insan izafi çəkili olduğu üçün sağ qalıb.
Ingilis kompüter proqramçısı Denni Ross evinə gəlmiş dostu ilə mübahisə edib. Davaya dönən mübahisə getdikcə ağırlaşıb və dostu 44 yaşlı Rossu əvvəlcə kəmərlə boğmaq istəyib, sonra bununla kifayətlənməyərək dəfələrlə bıçaqlayıb.
Rossu bıçaqlayan dost evdən qaçıb.
Təcili yardım xəstəxanasına aparılmış Rossun bədəninə 70 tikiş qoyulub.
Həkimlərin dediklərinə görə, Rossu ölümdən xilas edən onun izafi çəkili və piyli olması idi.
Milli.Az