Bu il daşınmaz əmlakın icbari sığortası üzrə 19 452 müqavilə bağlanıb
4.4.2017

Bu ilin birinci rübü ərzində daşınmaz əmlakın icbari sığortası (DƏİS) üzrə 19 452 sığorta müqaviləsi bağlanıb.
İcbari Sığorta Bürosuna istinadən xəbər verilir ki, bu müqailələr üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 5 684 385 manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 12 941-i yaşayış evləri və mənzillər, 124-ü inzibati binalar, 6 387-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında 21,8% artım, sığorta haqlarının məbləğində isə 32,1% azalma müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 969, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 31 sığorta müqaviləsi bağlanılıb.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti (AzərbaycanDövlət Sığorta Kommersiya Şirkəti, “Atəşgah Sığorta", “Standard İnsurance”, “AtaSığorta”, “Xalq Sığorta”, “PAŞA Sığorta”, “AXA-Mbask”, “AzSığorta”, “Meqa Sığorta”, “Silkway Insurance", “Azərbaycan Sənaye Sığorta”, “Qala Sığorta” və “Günay Sığorta” ASC-lər) fəaliyyət göstərir.

report.az