Bakı Dövlət Universitetində (BDU) Almaniyada təqaüd hesabına təhsil almaq arzusunda olan tələbə və doktorantlar üçün Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının təqdimatı olub.
BDU-dan bildiriblər ki, tədbirdə DAAD Bakı ofisinin əməkdaşı Rəna Hüseynova müxtəlif doktorantura və tədqiqat təqaüd proqramları haqqında məlumat verib.
Sonra tələbə və doktorantların sualları cavablandırılıb, təqaüdə müraciət vaxtları açıqlanıb.
azertag.az